!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləsuvarda ağır qəza: 4 ölü 

!Reklam – Yazi

Biləsuvarda baş verən ağır qəzada ölənlərdən iki nəfərin adı məlum olub.

Yenicag.az xəbər verir ki, onlar Lənkəran sakinləri – Samir Əzizulla oğlu Qasımov və Çingiz Xudaverdi oğlu Nağıyevdir. Ölən digər iki nəfərin və xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir.

***
Biləsuvarda baş verən ağır yol qəzası nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində 4 nəfərin öldüyü və bir nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb, lakin idarəetməni itirərək yol kənarında duran “KamAZ” markalı yük maşınına çırpılıb.

Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb. Ölən şəxslərin Lənkəran sakinləri olduğu bildirilir.

Ölən və xəsarət alan şəxslərin kimliyi və qəzanın digər təfərrüatları müəyyənləşdirilir.

***

Biləsuvarda ağır qəza baş verib, ölən və yaralananlar var.

Hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Toqquşma nəticəsində bir nəfərin öldüyü və xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.

 

www.yenicag.az

1798
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv