!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləsuvarda “Dövlət-din münasibətləri” mövzusunda müşavirə keçirilib

!Reklam – Yazi

bilesuvarTədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, rayon icra hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyələr, məktəb direktorları, ictimaiyyətin nümayəndələri, dini icma sədrləri, din xadimləri və KİV nümayəndələri iştirak etdi.

İştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoyduqdan sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.

Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün möhtərəm Prezident cənab İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulmuşdur. Artıq ölkəmizdə ənənə halı almış, gündəlik həyat tərzinə çevrilmiş tolerantlıq və multukultural dəyərlər bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Azərbaycan multikultralizmi dünyanın bir çox nüfuzlu ali məktəblərində, sosioloji, eləcədə politoloji tədqiqat institutlarında tədris və tədqiq olunur.

Bu gün qurur hisi ilə deyə bilərik ki, aidiyyati dövlət orqanları tolerant və multikultural münasibətlərinin tənzimlənməsi işində dövlət başçısının qarşıya qoyduğu ideya və prinsiplərin həyata keçirilməsində tarixi nailiyyətlərə imza atmaqdadırlar.Görülən işlər və həyata keçirilən tədbirlər dini qurumlarlarla dövlət təşkilatları, ictimai təsisatlar arasında, eləcə də ayrı-ayrı dini konfessiyalar arsında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir.2016-cı ilin Azərbaycanda “Multikultralizm ili” elan edilməsi və bu il çərçivəsində respublikamızın bütün bölgələrində silsilə tədbirlərin təşkili və uğurla həyata keçirilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ölkə Prezidenditinin bu sahədəki siyasətinə ən böyük töhfədir.

Müasir mərhələdə dövlətimizin din siyasəti Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi demokratik dövlət quruculuğu siyasətinə əsaslanır. Məhz Ulu Öndərin ardıcıl, məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizdə insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılmış, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunmuş, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, konfessiyalar arasında dözümlülük ənənəsinin möhkəmləndirilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunamsı sahəsində mühüm tədbirlər həyat keçirilmişdir. Qəbul edilən normativ hüquqi aktlar bütövlükdə əqidə azadlığını təmin edir və yarana biləcək problemləri həll etmək, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır. 2009-cu ilin mart və 2016-cı ilin senyabr ayında keçirilmiş ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər buna bariz nümunədir. Belə ki, 2009-cu ildə konstitusiyamıza edilən əlavəyə əsasən 18-ci maddənin II hissəsində “İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır ” cümləsində “dinlərin” sözündən sonra “Dini cərəyanların” sözünün əlavə edilməsi məhz o zərurətdən irəli gəlirdi ki, din ümumi məhvumdur. Lakin dinlərin qolları sayılan bir sıra radikal cərəyanlar vardır ki, onların baxışlarında insanpərvərlik prinsiplərinə və insan ləyaqətinə zidd olan nüanslar mövcuddur. Bu cür cərayanların ölkəmizdə yayılması dini durumun gərginləşməsinə və radikal meyllərin artmasına şərait yarad bilər. Dünyanın bütün sivil ölkələrində insanpərvərlik prinsipinə zidd və insan ləyaqətini alçalda biləcək dini cərayanların yayılmasının qarşısı qanunla alınır. Bu sahədə qanunvericilik bazasının ölkəmizdə də təkmilləşdirilməsi və dini durumun sabitliyinin qorunması baxımından böyük əhəmiyyətə maqlikdir. Bu dəyişikliklər həmin cərəyanların ölkəmizdə yayılmasının qarşısını qanun çərçivəsində tamamilə alınmasına imkan verir.

Bütün bunlarla yanaşı təəsüflə qeyd etməliyik ki, hazırda dünyanın bir çox dövlətləri, xüsusilə də nəhəng, öz istəklərini diqtə edə bilən dövlətləri geopolitik maraqlarını gerçəkləşdirmək üçün külli miqdarda maliyyə vəsaiti hesabına başa gələn ideoloji təbliğata üstünlük verməyə başlayıblar. Dinin mənəvi dəyər, insanların mənəvi düşüncə meyarı olduğunu nəzərə alan bəzi anti-bəşəri təfəkkür mənsubları kütlələri ələ alaraq siyasi maraqları həyata keçirməyə çalışırlar Odur ki, zaman-zaman imperiyalar, dövlətlər öz maraqlarını həyata keçirməkdən ötrü din amilindən əhəmiyyətli dərəcədə istifadə ediblər. Təsadüfü deyildir ki, müasir qlobal dünyada bir çox ziddiyyətlər din amili ilə əlaqələndirilir. Bütün bunlar onu deməyə əsas verir ki, hər dövlətdə, o cümlədən Respublikamızda milli, ideoloji, informasiya təhlükəsizliyi məsələsinə ciddi yanaşılaması, cəmiyyətin mənəvi və fiziki sağlamlığının qorunması baxımından qeyd olunan təhlükəsizliyin təmin olunması mühüm məsələdir.

Respublikamızın Əsas Qanunu – Konstitusiyası, “Dini etiqad azadlığı haqqinda” və “Dini ekstermizmə qarşı mübarizə haqqında” Azərbayca Respublikasının qanunları ilə ölkəmizdə dini etiqad azadlığı, eləcə də dini fanatizm, dini radikalizm, dini ekstermizm hallarına qarşı mübarizə tam təmin olunub. Ən mütərəqqi və sivil dəyərlərə əsaslanan qanunvericilik bazamız imkan verir ki, ölkəmizdə istənilən vətəndaş öz arzusu ilə istədiyi dinə sitayiş etsin. Eyni zamanda imkan vermək olmaz ki, xarici dövlətlərin dini missioner təşkilatları ölkəmizdə istənilən təbliğatı qura və din pərdəsi adı altında təmsil etdikləri dövlətlərin maraqlarını həyat keçirə bilsinlər. Bu və buna bənzər faktlar Azərbaycan Respublikasının milli və siyasi maraqlarına ziddir və belə halların qarşısı mütləq və qətiyyətlə alınmaqdadır. Bu baxımdan dövlətimiz kifayət qədər gücə və təcrübəyə malikdir.

Rayon İcra Hakimiyyətinin Başçısı bu sahədə rayonda görülən işlərə toxunaraq bildirdi ki, Biləsuvar rayonunda həmişə dini baxımdan sabitlik hökm sürmüş, xalqımıza xas olan tolerantlıq ənənələri qorunub saxlanılmışdır.Bu gün Biləsuvar rayonunda 44 məscid mövcuddur. Onlardan 28-i gündəlik, 16-sı isə dini ayinlərin icrası vaxtı fəaliyyət göstərir. Rayon sakinləri sərbəst şəkildə rayonun Cümə məscidində gündəlik dini ayinlərin icrası ilə məşğul olurlar.Rayonda ümumilikdə 86 nəfər mollalıq fəaliyyəti ilə məşğul olduğu halda, Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi attestasiyadan uğurla keçən rəsmi dini ayin icraçılarının sayı 23 nəfərdir. Bundan əlavə xaricdə dini təhsil almış Biləsuvarlıların sayı 25 nəfərdir. Onlardan 13 nəfər hal-hazırda rayonda, 7 nəfəri isə Bakı şəhərində yaşayır. Digər 5 nəfəri hazırda təhsillərini davam etdirirlər.Rayonda İslam dininin Şiyyəlik təriqəti ilə bağlı rəsmi dövlət qeydiyyatından keçmiş 12 dini icma fəaliyyət göstərir.

Çıxışının sonunda Mahir Quliyev ölkəmizin, o cümlədən rayonumuzun dini baxımdan həssas regionda yerləşdiyini bildirərək daim ayıq-sayıq olmağı qeyd etdi.Bu gün bir çox dövlətlər öz maraqlarını reallaşdırmaqdan ötrü ən mürtəce əməllərə əl atmaqdan belə çəkinmirlər. Odur ki, dini təbliğat adı ilə pərdələnərək öz maraqlarını gerçəkləşdirməyə çalışan qüvvələrə qarşı ən kəsərli mübarizə silahı milli dəyərlərin qorunması olmalıdır.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycanda dövlət və din münasibətləri və bu istiqamətdə görülən işlər barədə geniş məlumat verdi. M.Qurbanlı respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərinin həlli prosesinə cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirləri din xadimlərinin nəzərinə çatdırdı.

Çıxış edən natiqlər də bu sahədə görülən işlərdən danışaraq dinimizi yad ünsürlərdən qorumanın yolları, son vaxtlar qeyri ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı fikir mübadiləsi apardılar.

www.yenicag.az

897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv