Biləsuvarda ikimərtəbəli mağaza yandı

Biləsuvar şəhərində ümumi sahəsi 256 m² (hər mərtəbəsi 128 m2) olan ikimərtəbəli mağazanın 1-ci mərtəbəsində məişət əşyaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.