Biləsuvarda kütləvi zəhərlənmə oldu – AÇIQLAMA

Biləsuvarda kütləvi dəm qazından zəhərlənmə baş verib.

Yenicag.az xəbər verir ki,  hadisə ilə bağlı TƏBİB açıqlama verib.

Bildirilib ki, bu gün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına dəm qazından zəhərlənmə şübhəsilə 11 nəfər müraciət edib.

Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

COP29