Bu səhər Biləsuvar rayonunda iki nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən hadisəsi baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun, Biləsuvar rayonunun Xırmandalı – Hacıqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
BMW markalı avtomobillə “Mercedes” markalı mikroavtobus toqquşub.
Hadisə yerində 2 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Əlavə məlumat veriləcək.
***
10:33
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri – Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.