Biləsuvarda qəza törədərək qaçan sürücü SAXLANILDI

Biləsuvarda qəza törədərək qaçan sürücünün şəxsiyyəti məlum olub.

Yenicag.az xəbər verir ki, iyunun 14-ü saat 21 radələrində rayonun Əsgərabad kəndində müəyyən edilməyən avtomobillə Aşağı Cürəli kənd sakini Elman İbişovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil toqquşub.

Nəticədə E.İbişovun sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib.

Polisin keçirdiyi tədbirlərlə yol-nəqliyyat hadisəsinin “Khazar” markalı avtomobilin sürücüsü, Əsgərabad kənd sakini, İkinci Qarabağ müharibəsi qazisi, 3-cü qrup əlil olan Ziya Kazımov tərəfindən törədilməsi müəyyən olunub.