Biləsuvar rayonunda məktəbdə şagird Əliyar Hüseynlinin ölümünün ilkin səbəbi məlum olub.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, onun ölümünə qıcolma səbəb olub.
Belə ki, Ə.Hüseynli məktəbin həyətində qıcolma keçirib və onun dili qatlanıb.
Yaxınlıqdakı şəxslər onu xəstəxanaya çatdırsalar da, şagirdin həyatını xilas etmək mümkün olmayıb.