Biləsuvarda XULİQANLIQ: Qonşusuna atəş açdı..
Biləsuvar rayonunda xuliqanlıq hadisəsi törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, hadisə iyunun 6-da Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində baş verib.
Kənd sakini O.Muradovun xuliqanlıq zəminində qonşusu A.Kazımovu hədələməsi və evi istiqamətində tüfəngdən atəş açması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O.Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.