Biləsuvarın sabiq icra başçısı həbs edildi – QƏRAR

Biləsuvarın sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib.

Yenicag.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev barəsində verilən təqdimata baxılıb. Təqdimat məhkəmədə təmin edilib.

Məhkəmənin qərarı ilə M.Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, aprelin 30-da M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.