Bilgili vətəndaş və dövlət

Vətəndaşlar dövlət idarəçliyinin yaxşılaşmasına necə töhfə verə bilərlər?

Vətəndaşların dövlət idarəçiliyinə geniş cəlb edilməsi, ictimai iştirakçılığın genişləndirilməsi qərarların qəbuluna, icrasına və sosial-iqtisadi dəyişikliklərə daha çevik reaksiya verilməsini şərtləndirir. Dövlət orqanları daha məsuliyyətli və hesabatlı, ən başlıcası isə cavabdeh olurlar. Fəal vətəndaşlar, vətəndaş cəmiyyəti, müstəqil ekspertlər aşağıdakı funksiyaları həyata keçirməklə  dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsinə  töhfə verirlər:

  1. Hər hansı sosial qrup və yaxud təbəqələrə aid sosial problemlərin diaqnostikası.

Məsələn, sürücülər yolların keyfiyyəti ilə bağlı problemləri daha tez müşahidə edirlər, müstəqil ekspertlər isə daha operativ dəyərləndirmə apara bilirlər. Valideynlər orta məktəblərdə təhsilin səviyyəsi, təhsil infrastrukturunun səviyyəsini daha tez və obyektiv qiymətləndirə bilirlər. Hökumət müvafiq əks-əlaqə və informasiya açıqlığı sistemi yaratmaqla çevik məlumat almaq və müstəqil ekspertiza əldə etmək imkanlarına malik olur.

  1. Dövlət xidmətlərinin keyfiyyətinin və əlaçatanlığının yüksəldilməsində yardım göstərilməsi.

 Vətəndaşlar dövlət xidmətlərinin əsas müştəriləri kimi çıxış edirlər və onların qiymətləndirilməsi ən obyektiv olacaqdır. Onlar keyfiyyət. əlçatanlıq, səmərəlilik baxımından bu dövlət ximətlərinin hansı vəziyyətdə olduğunu ən obyektiv şəkildə qiymətləndirəcəklər. Beləliklə, dövlət orqanları bu xidmətləri şəxsi təcrübəsində, ən müxtəlif vəziyyətlərdə sınaqdan çıxaran minlərlə vətəndaşın ekspertizasını almaq imkanına malik olacaqdır. Bunun üçün  vətəndaşları mövcud əks-əlaqə, öz rəylərini necə ifadə etmək barədə bilgiləndirmək, eyni zamanda dövlət xidmətləri haqqında bütün məlumatları mümkün qədər əlçatan yollarla təqdim etmək lazımdır. İş bununla  bitmir, dövlət orqanları həmçinin, vətəndaşları buna motivasiya etməlidir. Dövlət özü maraqlı olmalıdır ki, vətəndaş bilgi almaq və bu bilgi əsasında, öz şəxsi təcrübəsindən istifadə etməklə öz rəyini versin, qərarların qəbulu prosesində təklif və iradları ilı çıxış etsin.

  1. Sosial-iqtisadi problemlərin yeni, innovativ həlli yollaırnın tapılması və tətbiqində yardım göstərilməsi.

Vətəndaşlar, sahibkaralr, müstqəil ekspertlər, QHT-lər obrazlı ifadə etsək birbaşa sahədə işləyirlər və problemlərlə daha yaxşı tanışdırlar. Həmçinin, onların həlli yolları ilə bağı mövcud səyərin nə dərəcədə səmərli olmasını da qiymətləndirə bilirlər. Bu baxımdan bir çox hallarda onlar daha fərqli nöqteyi-nəzərə və təkliflərə malik olurlar.  Bu təkliflərin hazırlanması üçün dövlət orqanları makisumum informasiya açıqlığını təmin etməli və əlçatan kommunikasiya kanalları təqdim etməlidirlər.

Bu konsepsiya beynəlxalq müstəvidə Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsündə (OGP) öz əksini tapıb. Bu təşəbbüsə qoşulan ölkələr üzərlərinə 4 mühüm istiqamətdə öhdəlik götürüblər:

 1) Hökumətin fəaliyyəti ilə bağlı məlumatlılığın artırılması;

2) Vətəndaş iştirakçılığının təmin edilməsi;

3) Dövlət idarəetməsində peşəkar dürüstlüyün yüksək standartlarının tətbiq

4) Açıqlıq və hesabatlılıq üçün yeni texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi

Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı Bəyannaməsinə qoşulmaq niyyətini bəyan edən ilk ölkələrdən olub və 2011-ci ildə üzv seçilib. Üzv olduğu dövrdə Azərbaycan 3 dəfə – 2012-2015 və 2016-2018-ci və 2020-2022-ci illəri əhatə edən Milli Fəaliyyət Planları qəbul edib. Təşəbbüsə qoşulan hər bir hökumət, o cümlədən Azərbaycan Açıq Hökumət Bəyannaməsində ifadə olunmuş rəhbər prinsipləri dəstəkləməyi öhdəsinə götürür. və 2020-2022-ci illəri əhatə edən Milli Fəaliyyət Planında “İctimai iştirakçılığın” genişləndirilməsi əsas istiqamətlərdən biridir.

Azərbaycan təcrübəsində biz ASAN Xidmət, DOST Mərkəzləri, Əmlak Xidmətləri Mərkəzinin timsalında vətəndaşların göstərilən xidmətlər barədə fikilərinin öyrənilməsi, onların ideyalarının toplanması və dəyərləndirilməsinin uğurlu nümunlərini qeyd edə bilərik. Bunlarla yanaşı demək olar ki, bütün dövlət orqanlarının saytında Vətəndaş müraciətləri bölməsi vasitəsilə vətəndaşlar öz təklf və iradlarını, ideyalarını qeyd edə bilərlər. Həmçinin, dövlət orqanlarının  sosial şəbəkələrdəki hesablarına yaza bilərlər.

 Bu məqalə AR  Prezidenti  yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən  maliyyələşdirilən və “Tolerantlıq”  Sosial  Araşdırmalar  İB tərəfindən icra  olunan “Bilgili Vətəndaş”  Maarifləndirmə Kampaniyası  layihəsi çərçivəsində dərc olunur.