Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bilik fondunun yekun görüşü

bilikAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində rayon nümayəndələri və könüllülərin iştirakı ilə görüş keçirib. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun yaranmasından keçən 7 ay ərzində görülən işlər barədə geniş məlumat verib.
Bilik Fondu bu müddət ərzində “Dini abidələrdə tarixin izləri”, “Qardaşlaşmış məktəblər”, “İlboyu bilik”, “Auditoriya+”, “Dosendo discimus”, “Epizod”, Azərbaycan elmi xaricdə „ “Dünya elmi Azərbaycanda”, “Fikir şənbəsi” klubu layihələrinin icrasına başlayıb. Növbəti il bu layihələri davam etdirilməklə yanaşı, cəmiyyətin inkişafına təkan olan geniş proqramlara start veriləcək. O.Səmədov bildirib ki, Fond paytaxtda, respublikanın digər şəhər və rayonlarında, eləcə də orta məktəblərdə və ali təhsil ocaqlarında mütəmadi görüşlər keçirib.
Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin, yerli və xarici elm adamlarının Fondun qonaqları olduqlarını xatırladan icraçı direktor alimlərin tövsiyələrindən bəhrələndiklərini bildirib: “Bilik Fondunun yarandığı ilk günlərdə Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayev bizimlə ardıcıl treninqlər keçirirdi. Layihələrin uğurlu alınmasında bu treninqlərin xüsusi rolu olub. Himayəçilik Şurasının sədri, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Şuranın üzvləri Azərbaycan Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Urxan Ələkbərov, Teatr Xadimləri İttifaqının sədri, xalq artisiti Azərpaşa Nemətov, Bakı Slavyan Universitetinin professoru, millət vəkili Sahibə Qafarova və başqa tanınmış ictimai xadimlərin kollektivimzlə görüşləri işimizin səmərəliyinə birbaşa təsir edib”.
O.Səmədov Bilik Fondunun rayon nümayəndələrinin fəaliyyətinə də diqqət çəkib. İcraçı direktor bu fəaliyyətin qənaətbəxş olduğunu vurğulayıb. Fondun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun təqdim etdiyi video-hesabat da bu qənaəti təsdiqləyib.
Görüşdə Bilik Fondunun dekabrın 2-dən 5-dək Praqada keçirdiyi “Azərbaycanın geologiya elmi Çexiyada” sərgisinin nəticələri barədə bilgilər verilib. Beynəlxalq layihələr sektorunun təqdimatını iştirakçılar müsbət qarşılayıb.
Bilik Fondunun rayon nümayəndələri qısa müddət ərzində gördükləri işlərdən danışıblar. Bildiriblər ki, onlara göstərilən etimadı doğrultmağa çalışırlar.
Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi – 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov, Ağdaş rayonu üzrə nümayəndə – 9 nömrəli ümumi orta məktəbinin direktoru Səffar Əzməmmədov, Ağstafa rayonu üzrə nümayəndə – 1 nömrəli tam orta məktəbinin direktoru Leyla İsayevə və başqaları təmsil etdikləri qurumdakı fəaliyyətlərini bundan sonra daha əzmlə davam etdirəcəklərini vurğulayıblar.
Sonda Bilik Fondunun rayon nümayəndələrinə təşəkkür elan edilib, vəsiqələr və hədiyyələr təqdim olunub.
Bayram ərəfəsində Bilik Fondu ilə Azərbaycan Turizm İnstitutu arasında ölkə əhalisinin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsi və müştərək layihələrin həyata keçirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində çıxış edən icraçı direktor Oktay Səmədov Fondun ölkə ərazisindəki ali təhsil ocaqları ilə əməkdaşlığının vacibliyindən danışıb. Onun sözlərinə görə, maarifçilik missiyası kimi geniş spektrli fəaliyyətin həyata keçirilməsi üçün cəmiyyətin bütün təbəqələrinin eyni amal ətrafinda birləşdirilməsi vacibdir.
Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov imzalanan memorandumda əks olunan öhdəliklərə tərəflərin böyük həvəslə əməl edəcəklərinə, bununla da ölkə əhalisinin bilgiləndirilməsinə töhfə verəcəklərinə əminliyini bildirib.
Memoranduma əsasən, tərəflər Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi, Azərbaycançılıq məfkurəsinin mahiyyətinin, milli-mənəvi və dini dəyərlərin təbliği, gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi, Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlərin təşkil edilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Bilik Fondunun əməkdaşları qarşıdan gələn bayramlar münasibəti ilə həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində olublar. İnternat məktəbində təhsil alan şagirdlərə kitab rəfi və 200 adda kitab hədiyyə edilib. Uşaq evinin direktoru Allahverdi Vəliyev Fondun bu təşəbbüsünü yüksək qiymətləndirib.

(azadinform.az)

www.yenicag.az

477