!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bill Gates özünü günahlandırdı - Android ilə mübarizədə məğlubiyyət "Microsoft"un ən böyük səhvidir

!Reklam – Yazi

“Microsoft şirkətinin əsas səhvi onda oldu ki, o, Google şirkətinə fərdi əməliyyat sistemi olan Android-i işə salmağa imkan verdi”.

Yenicag.az xəbər verir ki, bunu Microsoft şirkətinin yaradıcısı Bill Gates deyib.

“Ən böyük səhv mənim bacarıqsız rəhbərliyim səbəbilə Microsoft şirkətinin bugünki gündə Androidin olduğu bir şirkətə çevrilməməsidir. Android “Apple” cihazlarında çalışmayan standart mobil platformadır. Bu isə öz növbəsində Microsoft şirkətinin qalib gəlməsinə səbəb ola bilərdi. Bu elə bir vəziyyətdir ki, qalib olan tərəf özü ilə hər şeyi aparır. Hal hazırda “Apple”dan olmayan yalnız yeganə bir əməliyyat sistemi üçün yer var və siz heç bilirsiniz onun qiyməti nə qədərdir? 400 milyard dollar. Həmin vəsait Google şirkətinə deyil “Microsoft”a keçə bilərdi” – deyə Bill Gates bildirib.

Bill Gatesin sözlərinə əsasən bu cür səhvin edilməsinə baxmayaraq Microsoft ilə Office hələ də bazarda güclü mövqelərə sahibdirlər. Onun sözlərinə əsasən əgər vaxtı ikən Microsoft həmin səhvi etməsəydi hal hazırda o, dünyanın aparıcı şirkəti olardı. Qeyd etmək lazımdır ki, Google şirkəti Androidi 2005-ci ildə almışdı. Məlumata əsasən bu alışın dəyəri 50 milyon dollar təşkil edib.

Microsoft şirkəti isə mobil cihazlar üçün Windows Phone əməliyyat sistemini 2010-cu ildə istifadəyə verib. 2017-ci ildə şirkət bu əməliyyat sisteminin inkişaf etdirilməsindən və onun əsasında məhsulların hazırlanmasından imtina etdiyini elan etmişdi. Bu ilin yanvar ayında isə şirkət Windows 10 Mobile dəstəyini tamamilə dayandırmış və istifadəçilərə Android və ya iOS-ə keçid etmələrini məsləhət görmüşdü.

www.yenicag.az

3158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv