“Ən zəngin amerikalılar”: Bill Qeyts ikinci oldu – SİYAHI

“Amazon”un banisi Ceff Bezos bir il ərzində 160 milyard dollar qazanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının dərc etdiyi hesabatda qayd olunub.

“Ən zəngin amerikalılar” siyahısında ikinci yeri Bill Qeyts tutub. Onun sərvəti isə 97 milyard dollar məbləğində dəyərləndirilib.

Siyahıda ilk onluq aşağıdakı kimidir:

1. Ceff Bezos – 160 milyard dollar

2. Bill Qeyts – 97 milyard dollar

3. Uorren Baffet – 88,3 milyard dollar

4. Mark Tsukerberq – 61 milyard dollar

5. Larri Ellison – 58,4 milyard dollar

6. Larri Peyc – 53,8 milyard dollar

7. Çarlz Koç – 53,5 milyard dollar

8. Deyvid Koç – 53,5 milyard dollar

9. Sergey Brin – 52,4 milyard dollar

10. Maykl Blumberq – 51,8 milyard dollar

ABŞ prezidenti Donald Tramp siyahıda 3 pillə geriləyərək 259-cu yerdə qərarlaşıb. Onun sərvəti ötən il olduğu kimi 3,1 milyard dollar qalıb.