Bill Qeyts “Microsoft”u tərk etdi

“Microsoft”un qurucusu Bill Qeyts şirkətin Direktorlar Şurasından istefa verib.

Yenicag az xarici mətbuata istinadən xəbər verir ki, Bill Qeyts direktorlar şurasından getsə də, şirkətdə baş direktor Nadellanın müşaviri olaraq çalışacaq.

Məlunata görə, “Microsoft” korporasiyası bu gün bəyan edib ki, həmtəsisçi və texnologiya üzrə məsləhətçi Bill Qeyts xeyriyyəçilik prioritetlərinə, o cümlədən qlobal sağlamlığa, inkişafa, təhsilə daha çox vaxt ayırmaq və iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv iştirak etmək üçün şirkətin Direktorlar Şurasını tərk edib”.