“Microsoft” şirkətinin qurucusu Bill Qeyts koronavirus pandemiyasına dair fikirlərini açıqlayıb.
Yenicag.az xəbər verir ki, o, peyvəndin mövcudluğuna rəğmən, vəziyyətin daha pis ola biləcəyini deyib.
“Hələ də çətinlikdən qurtarmamışıq”, – deyə o, bloq yazısında qeyd edib.
Onun sözlərinə görə, kompüter modellərinin təhlili əsasında dünyada mövcud olan COVID-19 ilə bağlı vəziyyətin gələn il əhəmiyyətli dərəcədə yaxşılaşmayacağı proqnozu əldə edilir.
Qeyts fərdi qoruyucu vasitələrin istifadəsinin virusun yayılmasına qarşı təsirli bir yol olduğuna inandığını da əlavə edib.
Eyni zamanda, o bildirib ki, elmə inamsızlıq üzündən peyvənddən imtina edən çox sayda insana görə narahatdır./Oxu.az/