!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bill Qeytsin FƏLAKƏT PROQNOZU: Milyarder bunları haradan bilir? - Adil Qeybullanın ŞƏRHİ

!Reklam – Yazi

“Bill Qeyts kifayət qədər məlumatlı adamdır və Amerikanın ən nüfuzlu universitetinin yetirməsidir. Onun açıqlamalarına hörmətlə yanaşmaq lazımdır”.

Bunu Yenicag.az-a açıqlamasında professor Adil Qeybulla “Microsoft”un banisi, Amerika sahibkarı Bill Qeytsin bəşəriyyəti gözləyən yeni qlobal təhlükənin mövcudluğu, pandemiya zamanı olduğu kimi, çoxsaylı insan qurbanları olacağı ilə bağlı xəbərdarlığına münasibət bildirərkən deyib.

A. Qeybulla amerikalı sahibkarın açıqlamalarının nüfuzlu mərkəzlərə əsaslandığını vurğulayaraq, iqlim dəyişikliyinin böyük təhlükə yaradacağını bildirib:

“Bill Qeytsin açıqlamaları mötəbər mərkəzlərin məlumatına əsaslanır. Dünya Səhiyyə Təşkilatı da bu məlumatları təsdiqləyir.

İstər qlobal istiləşmə, istərsə digər proseslər həyatımıza birbaşa təsir edir. İnsanların özünü qorumaq imkanları daha çoxdur. Təbabət əllərindədir, müxtəlif dərman vasitələri var. Amma bu, heç də onları ekoloji problemlərdən qurtarmır. Heç şübhəsiz, bu kataklizmlər insan itkisinə də təsirini göstərəcək”.

Cəvahir

www.yenicag.az

1143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv