Billurə Hacızadə “Tərəqqi” medalı ilə təltif edildi

Prezident İlham Əliyevin iyunun 23-də imzaladığı sərəncamla təltif olunan dövlət qulluqçuları arasında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə də var.

Yenicag.az xəbər verir ki, nazirlik rəsmisi “Tərəqqi” medalı ilə təltif edilib.

B.Hacızadə bu medala dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə layiq görülüb.

Qeyd edək ki, B.Hacızadə Təhsil Nazirliyində çalışmazdan əvvəl bir sıra qəzetlərdə işləyib.