!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binəqədidə güclü yanğın - VİDEO

!Reklam – Yazi

Bakının Binəqədi rayonunun Kənd Binəqədi qəsəbəsində yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, yanğın sözügedən qəsəbədə yerləşən tikinti materiallarının satıldığı mağazalarda baş verib.

Mağazanın damından başlayan yanğın daha sonra güclənib. Lakin, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürməyə nail olublar.

Qeyd edək ki, 264 kvadratmetrdə baş verən yanğında mağazaların içərisindəki elektron avadanlıqlar və tikinti materialları yanıb.

Yenicag.az

www.yenicag.az

2191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv