Bin Ladenin oğlu məşhur terrorçunun qızı ilə evləndi – FOTO

“Əl-Qaidə” terror təşkilatının sabiq lideri Usamə bin Ladenin oğlu məşhur terrorçunun qızı ilə evlənib.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Guardian” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, bin Ladenin oğlu Həmzə bin Laden 11 sentyabr hücumlarının təşkilatçılarından biri olan Məhəmməd Attanın qızı ilə evlənib.

Məlumatı Həmzə bin Ladenin ögey qardaşları – Əhməd və Həsən əl-Attaş da təsdiqləyib.

Qeyd edək ki, Həmzə bin Laden Usamə bin Ladenin üçüncü həyat yoldaşı olan Hayriyə Sabardan dünyaya gələn oğludur.