“Bina tam boşaldılıb”

95411Bakıda baş verən dəhşətli yanğınla bağlı Kəmaləddin Heydərovun müavini Etibar Mirzəyev açıqlama verib.

O, hadisə yerinə 12 helikopterin cəlb olunduğunu bildirib: “Binada 54 mənzil var. Bütün qapılar açılıb, evdə olan hər kəs çıxarılıb. Bina tam boşaldılıb, yanğının səbəbi araşdırılır. Qısa müddətdən sonra yanğınla bağlı geniş məlumat veriləcək. Yanğın zamanı evdən çölə çıxmayanların hamısı xilas olunub. Kimlər ki, bloka qaçıb, onlar tüstüdən boğularaq ölüb”.

Nazir müavini həmçinin qeyd edib ki, yaralananlar arasında FHN əməkdaşları da var.