Bina uçdu – 10 nəfər həlak oldu

Hindistanın Uttar-Pradeş ştatında bina uçub.

Yenicag.az xəbər verir ki, binanın uçması azı 10 nəfərin həlak olmasına səbəb olub.

Dağıntılar altında hələ də insanların olduğu güman edilir.

İlkin məlumata əsasən, binanın uçmasına səbəb qaz balonunun partlaması olub.

Hazırda hadisə yerində xilasedicilər işləyir.