Bina uçdu – Ölən və yaralananlar var

ABŞ-ın Bronks rayonunda tikintisi gedən bina uçub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Məlumata görə, ölən və yaralananlar ustalar olub. Binanın uçmasının səbəbi araşdırılır.