Bina yandı

89016Xızıda inzibati binada yanğın baş verib.

Xızı rayonunda ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli 25 otaqlı inzibati binanın 2-ci mərtəbəsinin dəhlizində elektrik şiti və yerə döşənmiş kovrolit 1 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.