!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binalarda yaşayan qadınların “ölüm rəqsi” – VİDEO

!Reklam – Yazi

Çoxmərtəbəli binada pəncərə silmək böyük ürək tələb edir. Evdar xanımlar və ya xadimə işləyənlər çoxmərtəbəli binalarda heç bir təhlükəsizlik tədbiri olmadan pəncərə silirlər. Təmizlik üçün edilən bu işlər bəzən faciə ilə də sona çatır.

Yenicag.az xəbər verir kii, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Bir neçə gün öncə Xırdalan şəhərində pəncərə silən qadının ani ehtiyyatsızlığı ölümlə bitmişdi.

Pəncərə silmək payız, qış aylarında xüsusilə təhlükəlidir. Çünki bu fəsillərdə küləyin sürəti çox olur və yıxılma riskini artır.

Elmar Nurəliyev – Təhlükəsizlik üzrə mütəxəssis: “Şüşələri çox basmaq olmaz, möhkəmliyə əmin olmaq lazimdi. Bundan əlavə şaxtalı havada şüşə tez qırıla bilər, yumaq üçün istifadə olunun su 60 dərəcədən çox olmamılıdır”.

Əksər hallarda evdar xanımlar və ya bu işi görən xadimələr, oturaq stuldan və ya nərdivan dayamaqla pəncərə silirlər. Əl çatmayan yerləri silmək üçün bütün bədənlərini pənərədən kənara çıxarırlar. Mütəxəssislər belə hərəkətləri təhlükəli sayırlar. Həmçinin yüksəklik qorxusu olan qadınların bu cür hallarda pəncərəyə çıxıb silməyə cəhd etməməlidirlər.

Binaların mərtəbələri artdıqca bu işləri görmək daha çətin olur. Ekspertlər deyir ki, riskli və təhlükəli olan pəncərələrin silinməsi üçün xüsusi təmizlik şirkətlərinə müarciət etmək olar. Bu həm fərdi qaydada ola bilər, həm də koperativlər tərəfindən.

Azər Allahverənov – Ekspert: “Vətəndaşlar və mtk-lar o xidmətlərə müaricət edib təmizliyi təmin edə bilər. Bunun üçün bina sakinləri əlavə vəsait ödəyib mütəmadi bu işləri görə bilər”.

Ekstrimal şəraitdə görülən işlərin qiyməti baha olduğundan bir çox vətəndaşlar bu xidmətlərdən qaçırlar.

Təmizlik xitmətləri qiymət siyasətinə yenidən baxmaqla, əhalidə onların xidmətlərindən istifadəyə marağı artırmış olar.

İstənilən halda bütün işlərdə təhlükəsizliyə riayət etmək lazımdır ki, belə xoşa gəlməz hadisə ilə üzləşməyəsən.

www.yenicag.az

4530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv