!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binali Yıldırım, Kılıçdaroğlu və Bağçalı ilə görüşüb

!Reklam – Yazi

15555801_1306604999420239_456868067_n-1Bu gün Türkiyənin aparıcı partiya liderlərinin birgə görüşü keçirilib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Çankaya Köşkündə bir araya gələn Türkiyənin baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Binəli Yıldırım, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ölkədəki vəziyyəti müzakirə ediblər.

Aparılan müzakirələrdən sonra mətbuata birgə açıqlama verən liderlər terrora qarşı mübarizə məsələsində qətiyyətli mövqe tutulacaqlarını bildiriblər. Jurnalistlər qarşısında ilk çıxış edən baş nazir Binəli Yıldırım bildirib ki, terrora qarşı həyata keçirilən tədbirlər barəsində MHP və CHP liderləri geniş məlumatlandırılıb:
“Terrorla mübarizə mövzusu siyasətin fövqündə olan bir məsələdir. Partiyaların fərqli mövqeyi ola bilər, ancaq terrorla mübarizə məsələsində istər AKP, istər CHP, istərsə də MHP eyni mövqedədir. Hörmətli partiya sədrləri terrora qarşı mübarizə məsələsində öz dəstəklərini bundan sonra da davam etdirəcəklərini bildiriblər. Ölkə daxilində və ya xaricdə kim nə deyirsə-desin, terrora qarşı mübarizə bizim üçün həyati məsələdir. Bu işləri hörmətli partiya sədrləri ilə müzakirə etdik, onların fikirlərini dinlədik, təkliflərini öyrəndik. Görüşümüz çox məhsuldar alındı”.

CHP lideri Kamal Kılıçdaroğlu isə çıxışında bildirb ki, terrora qarşı mübarizə bir partiyanın həll edə biləcəyi məsələ deyil və CHP bu işdə lazım olan dəstəyi verməyə hazırdır: “Hörmətli baş nazir baş vermiş terror hadisələri ilə bağlı bizi məlumatlandırdı. Terrorla mübarizədə birlikdə olmağımızın vacibliyi məsələsində mövqeyimiz eynidir. Terror insanlığa qarşı cinayətdir. Eyni zamanda, terror bir partiyanın öhdəsindən gələ biləcəyi məsələ olmamaqla yanaşı, həm də vətəndaş cəmiyyəti qurumlarının birgə problemidir. Baş nazirə bununla bağlı təkliflərimizi çatdırdıq. Terrorun qarşısı alınmalıdır. Terrorla mübarizədə kim öndə olursa, ona dəstək verəcəyik”.

MHP lideri Dövlət Bağçalı isə partiya sədrlərinin görüşünün millətin gözləntilərinə uyğun atmosferdə keçdiyini bildirib:

“Baş nazirin dəvəti ilə terrora qarşı mübarizəni müzakirə etdiyimiz bu görüş çox faydalı oldu. Siyasi partiyalar terrorla mübarizənin qətiyyətlə davam etdirilməsinə tərəfdardırlar”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv