Binanın çökməsi nəticəsində 3 nəfər öldü – 14 yaralı

Çinin şərqində, Fuçjou şəhərində yaşayış binasının çökməsi nəticəsində dağıntılar altında qalan 17 nəfərdən 3-ü ölüb.

Yenicag.az xəbər verir ki, daha 14 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 6-na tibbi yardım göstərilib və evə buraxılıblar.

Binanın bütün mərtəbələrinin dağıldığı bildirilib.

Qeyd edək ki, hadisə yerində 100-ə yaxın xilasedicinin işlədiyi bildirilmişdi.