!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

""Binə" birinci divizionda iştirak etməyə hazırdır" - Klub prezidenti

!Reklam – Yazi

“Binə” klubu futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda debüt etməyə hazırdır.

Yenicag.az xəbər verir ki, bunu saytımıza açıqlamasında klubun prezidenti Teymur Həsənli deyib.

“Bizə sənədləri təqdim etmək üçün çərşənbə axşamı, saat 18:00-a qədər vaxt verilmişdi. Biz də bu gün son sənədlərimizi təqdim etmişik. Çempionatda iştirak etmək üçün bütün tələbləri yerinə yetirmişik. Bununla bağlı hər hansı şübhəmiz də yoxdur. Maliyyə mənbəmizi də təqdim etmişik. Çərşənbə günü isə AFFA və PFL-in iclası olacaq və orada yekun qərar veriləcək. Standartlardan əlavə tövsiyyələrə də əməl etmişik. Məsələn, tövsiyyə olundu ki, komandanın adı sponsorun adı ilə yox, Binə ilə bağlı olsun. Bunun nəticəsində isə AFFA bizə stadion məsələsində köməklik göstərəcək. Bu barədə şifahi razılıq da əldə olunmuşdu. Ancaq bu gün AFFA-nın baş katibi Elxan Məmmədovun adına rəsmi məktub da yazdıq. Bir sözlə, “Binə” birinci divizionda iştirak etməyə hazırdır”, deyə klub rəhbəri bildirib.

Qeyd edək ki, AFFA və PFL hələlik çempionatda 8 komandanın iştirakına icazə verib. Bunlar “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan” və MOİK klublarıdır.

www.yenicag.az

2359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv