Binə körpüsündəki intihara cəhdin ŞOK SƏBƏBİ/TƏFƏRRÜAT

Binə körpüsündə intihara cəhdin təfərrüatı məlum olub.

Yenicag.az xəbər verir ki, körpüdən özünü atmaq istəyən şəxsin intihar səbəbi açıqlanıb. Məlumata əsasən, onun avtomobili sürücülük vəsiqəsi olmadığına görə cərimə meydançasına aparılıb. Buna qəzəblənən şəxs intihara cəhd göstərib.

***

11:55

Bakının Xəzər rayonunda Binə körpüsündə 30-35 yaşlı kişi intihar etmək istəyir.

Yenicag.az-a hadisə yerində olan əməkdaşının verdiyi məlamata görə, hadisə yerinə Təcili tibbi yardım əməkdaşları və polislər cəlb edilib.

İntihara cəhd edən şəxsi fikrindən daşındırmağa çalışırlar.

Natəvan Abbaslı