“Binə” ticarət mərkəzində ölüm

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində ölüm hadisəsi baş verib.

Yenicag.az xəbəer verir ki, ticarət mərkəzinə alış-veriş üçün gələn Rusiya Federasiyası vətəndaşı, 67 yaşlı Məhəbbət Zahiyalova qəfildən vəfat edib.

Onun ölümünün səbəbləri araşdırılır./Report/