Binə və Sədərək bağlandı

sadarak_tolkuchka_baku_3_700x390Bu gün səhər saatlarında Bakının böyük ticarət mərkəzlərindən olan Binə və Sədərək bağlanıb. Bu barədə AzNews.az-a sözügedən mərkəzlərin satıcıları məlumat verib.

Satıcıların sözlərinə görə, buna səbəb dolların kursunun qalxması və manatın devalvasiyası olub: “Hazırda tcarət mərkəzində mağazaların 90 %-i bağlıdır. Açıq olan mağazalar tək-tükdür, onlar da malları iki dəfə artıq qiymətə satırlar”.