Binədə salfet sexində yanğın – VİDEO

Binə qəsəbəsində nəm salfetlərin istehsalı sexində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenicag.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetlərin istehsalı sexində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Görülmüş operativ tədbirlərlə yanğın daha da genişlənməsinin qarşısı alınaraq söndürülüb.