Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı verdi

Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Yenicag.az xəbər verir ki, o, bununla bağlı tviter səhifəsində paylaşım edib.

“Qardaş Azərbaycanın azadlığı uğrunda canlarından keçən 20 Yanvar şəhidlərini rəhmətlə anıram”, – B.Yıldırım paylaşımda bildirib.