Reklam

Reklam

“Azərbaycana və Türkiyəyə hər hansı bir terror təhdidi yaranarsa, onun qarşılığı mütləq olacaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri VI Qlobal Bakı Forumunda iştirak edən Türkiyənin baş naziri Binəli Yıldırım jurnalistlərə açıqlamasında Qarabağ münaqişəsinin həlli və işğalçı Ermənistandan Azərbaycanla Türkiyəyə yönələn mümkün terror təhdidlərinə münasibət bildirərkən deyib:

“Azərbaycan və Türkiyə regional sabitliyin qorunmasında birgə fəaliyyət göstərir. Türkiyənin PKK və onun qolu olan PYD/YPG, həmçinin İŞİD terror şəbəkəsinə qarşı başlatdığı Afrin əməliyyatı dost və qardaş Azərbaycanda bütün xalq tərəfindən tam şəkildə dəstəklənir.

Biz küçələrdə söhbətləşdiyimiz qardaşlarımızın fikirlərini dinləyərkən buna tam şahid oluruq.

Qarabağ Azərbaycanın haqlı məsələsidir. Dağlıq Qarabağ da daxil olamaqla Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyona yaxın insan qaçqın düşüb. Bu problemin həlli üçün beynəlxalq miqyasda davam etdirilən prosesdə Türkiyə hər zaman Azərbaycanın yanındadır.

Soyqırımı bəşəri cinayətdir, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı həyata keçirilib. Ermənistan bütün bunların qarşılığını görməlidir. Azərbaycanın haqlı mübarizəsi gec-tez öz nəticəsini verəcək.
Azərbaycana və Türkiyəyə hər hansı bir terror təhdidi yaranarsa, onun qarşılığı mütləq olacaq”.

“Amerika Qarabağ ermənilərinə mükafat vermək əvəzinə, oradakı bəşəri cinayətin hesabını tələb etsə, daha çox yerinə düşər”- deyə, baş nazir fikrini tamamlayıb.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 931
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."