Binəli Yıldırım Azərbaycanı təbrik etdi: “Can Azərbaycanın Müstəqillik Günü…” – FOTO

Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycan dövlətini və xalqını təbrik edib.

Yenicag.az xəbər verir ki, o bununla bağlı “Twitter”də paylaşım edib.

Azərbaycanı 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edən Binəli Yıldırım qeyd edib:

“Can Azərbaycanın Müstəqillik Gününü təbrik edir, qardaşlarıma salamlarımı çatdırıram”.