Binəli Yıldırım: Bakı-Tbilisi-Qars regionun taleyini dəyişəcək

Türkiyə, Azərbaycan və Gürcüstanın əməkdaşlığı regionun inkişafı üçün vacibdir.

Yenicag.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Tbilisidə gürcü həmkarı Georgi Kvirikaşvili ilə birgə mətbuat konfransında deyib.

B.Yıldırım qeyd edib ki, yekun mərhələdə olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üçtərəfli əməkdaşlığın mühüm bəndidir.

Baş nazir bildirib ki, BTQ üçtərəfli ticari əməkdaşlığı da gücləndirəcək: “Bakı-Tbilisi-Qars layihəsi regionun taleyini dəyişəcək”.

Yenicag.Az

COP29