Binəli Yıldırım koronavirusa yoluxdu

Türkiyənin son Baş naziri və millət vəkili Binəli Yıldırım koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, Binəli Yıldırım bu barədə rəsmi “Twitter” hesabında yazıb.

“Halsızlıqla bağlı bu səhər Semiha Xanım ilə (həyat yoldaşı – red.) Ankara Şəhər Xəstəxanasına getdik. Müayinə nəticəsində COVİD-19 testimizin nəticəsi müsbət oldu. Vəziyyətimiz yaxşıdır, hər hansı problem yoxdur. Həkimlərimiz evdə müalicə almağımızı məsləhət bildilər”, – deyə Binəli Yıldırım qeyd edib.