Binəli Yıldırım: “Türkiyə-Aİ münasibətləri ən pis həddədir”

“Ankara və Brüssel arasında münasibətlər son zamanlar ən pis həddə çatıb”.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yəldərəm bildirib.

“Aİ ilə münasibətlərimizson zamanlar ən aşağı nöqtəyə düşüb. AŞPA-nın qərarı tamamilə siyasi qərardır və reallığı əks etdirmir”, – deyə YIldırım qeyd edib.

Qeyd edək ki, AŞPA ötən gün Türkiyənin monitorinq altına alınmasına dair qərar verib.

Türkiyə XİN-i AŞPA-nın qərarını qətiyyətlə pisləyərək təşkilatla münasibətləri yenidən nəzərdən keçirəcəyini istisna etməyib.

Yeniçağ.Az