Binəli Yıldırım: “Xocalı qətliamı türk millətinin ortaq dərdidir”

“25 il əvvəl işğal olunan Xocalıda erməni cinayətkar dəstələrinin vəhşicə qətlə yetirdiyi soydaşlarımıza Allahdan rəhmət diləyirəm”.

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım özünün “twitter” səhifəsində yazıb. Baş nazir 1992-ci il fevralın 26-da Xocalı soyqırımının törədildiyini xatırladıb. Yıldılrım “yerə-göyə sığışmayan acı – Xocalı qətliamı” başlıqlı statusunda “o gün azərbaycanlı mülki şəxslər erməni cinayətkar qruplar tərəfindən vəhşicəsinə qətlə yetirildi. Bu qətliam Türk millətinin ortaq dərdidir” – deyə, bildirib.

Yeniçağ.az