Binəli Yıldırımdan Qarabağ açıqlaması – Səfər öncəsi

bineli2“Ermənistan işğalçı siyasətindən əl çəkməli və Azərbaycan ilə xoş qonşuluq münasibətləri qurmalıdır”.

Yenicag.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Bakıya səfəri öncəsi deyib.

Baş nazir bildirib ki, Yerevanın işğalçı siyasəti Ermənistanı izolyasiya vəziyyətinə salıb.

B.Yıldırım vurğulayıb ki, hər kəsə məlumdur ki, Ermənistan öz qonşularına qarşı, xüsusilə Azərbaycana qarşı aqressiya nümayiş etdirir.

B.Yıldırım bildirib: “Qoşunların təmas xəttində Ermənistanın təxribatlarına Azərbaycanın cavabı – Azərbaycanın müdafiə sahəsində uğurlarının bariz nümunəsidir”.

O, həmçinin qeyd edib ki, Türkiyə ilk gündən Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləməkdə davam edəcək.

COP29