Türkiyənin son Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım ürəyindən əməliyyat edilib.
Yenicag.az xəbər verir ki, anjio edilən Yıldırımın ürəyinə 4 ədəd stend qoyulub.
Əməliyyat uğurla keçib. Binəli Yıldırımın vəziyyətinin yaxşı olduğu və müalicəsinə xəstəxanada davam etdiyi bildirilir.