!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binəli Yıldırımla Hulusi Akar Azərbaycana gələcək

!Reklam – Yazi

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərləri planlaşdırılır.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz qardaşıq. Gözəl ənənələrimiz var. Bunlardan biri də odur ki, hər iki ölkədə keçirilən seçkilərdən sonra ilk ziyarətlər Azərbaycana, Türkiyəyə edilir”, – deyə o, söyləyib.

M. Çavuşoğlu görüşdə mühüm regional layihələri, bölgədə təhlükəsizlik və sabitliyi müzakirə etdiklərini bildirib: “Bakı-Tiflis-Qars strateji layihədir. İndi hamı bu layihəyə qoşulmaq istəyir. Yaxın gələcəkdə TAP layihəsi vasitəsilə Azərbaycan qazı Avropa ölkələrinə nəql olunacaq. Hər ötən gün qardaşlığımızı və beynəlxalq əməkdaşlığımızı gücləndirəcəyik”.

www.yenicag.az

1224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv