Binəqədi-Xırdalan yolunda YANĞIN – YENİLƏNDİ

Binəqədi-Xırdalan yolunda elektrik naqillərinin qısaqapanması nəticəsində yaranan yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, alovun qarşısı alınıb və yanğın söndürülüb.

***

Binəqədi-Xırdalan yolunda elektrik naqillərinin qısaqapanmasından quru otluq sahəyə od düşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.