Binəqədidə 300 abonent qazsız qaldı – SƏBƏB

Bu gün saat 12:30 radələrində Binəqədi rayonu Binəqədi şosesində avtomobillə qaz xəttini vuraraq zədələyiblər.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, fərdi yaşayış evlərindən birinin sayğacı da sıradan çıxıb. 300 abonentin qaz təchizatında müvəqqəti olaraq fasilə yaranıb.