Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Əliyev Vüqar Şöhrət oğlu rayonun 2-ci mikrorayonu ərazisində naməlum şəxslər tərəfindən çoxsaylı bıçaq zərbələri alıb.
Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. V.Əliyev dərhal əməliyyat olunub və reanimasiyaya yerləşdirilib./Report/