Binəqədi rayonunda avqustda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 82 nəfər müəyyən edilib.
Yenicag.az DİN-ə istinadla xəbər verir ki, həmin şəxslərdən 30 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunub.
Araşdırma zamanı müəyyən edilib ki, onlardan bəziləri əvvəllər narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir.