!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binəqədidə etiraz aksiyası keçirilir – Fotolar

!Reklam – Yazi

bineqedi-etiraz-300x225Binəqədi rayonu, Matadrom qəsəbəsinin sakinləri etiraz aksiyası keçirirlər.

100-ə yaxın sakin Bakı-Sumqayıt magistral yolunu bağlayıb və nəticədə nəqliyyatın hərəkəti məhdudlaşıb.

Onlar yaşadıqları ərazinin yaxınlığında metronun “Avtovağzal” stansiyasının depo tuneli qazıldığı üçün yeraltı təkanlar nəticəsində evlərinə zərər dəydiyini bildirirlər.

Qəsəbə sakinləri bildirirlər ki, 70-ə yaxın evə zərər dəysə də, aidiyyatı qurumlar onların problemləri ilə maraqlanmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, əhalini ərazidən uzaqlaşdırmağa çalışırlar.(musavat)

***

Nəzərinizə çatdıraq ki, Binəqədi rayonu, “3-cü mədən” (Qəsəbə Binəqədi) ərazisində yaşayan sakinlərin “AzPolitika.info”ya verdiyi məlumata görə, artıq bu ərazidə yaşayan sakinlər də kütləvi etiraz aksiyası keçirmək niyyətindədirlər. Belə ki, bu ərazi sakinləri uzun müddətdir ki, SU-dan ciddi əziyyət çəkirlər. Sakinlərin dediyinə görə, su 10 göndən bir verilir!

www.yenicag.az

713
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv