Binəqədi rayonu, 7-ci mikrorayonda mebel sexində yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə əraziyə cəlb olunub.
Mebel sexində baş vermiş yanğını Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri söndürüb.