Binəqədidə partlayış: 4 nəfər xəsarət aldı

Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Yeniçağ.Az-n FHN-in saytına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Hadisə zamanı 4 nəfər yanıq xəsarəti alıb. Qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 12:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.Az