Binəqədidə quldur dəstə tutuldu

Binəqədi sakinini döyərək pulqabısını alanlar tutulub.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 7-də paytaxt sakini Elmir Hümbətzadənin yaşadığı evə gələrək onu döyüb içərisində 382 manat və açar olan pulqabısını almaqda şübhəli bilinən tanışları – Ağcabədi rayon sakinləri Hikmət Soltanov, Sədi Kərimov və Pərviz Sultanov saxlanılıblar.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.