Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, rayon ərazisində 1976-cı il təvəllüdlü Saatlı rayon sakini İsgəndərov Əflan Suvarağa oğlu naməlum şəraitdə bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.